Azərbaycan millisinin hücumçusu İngiltərədə fərqləndi

İngiltərədə yarıpeşəkar klublar arasında təşkil olunan “FA Trophy” kubokunda üçüncü mərhələnin cavab oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığmasının hücumçusu Sərhat Daşdəmirin formasını geyindiyi “Fayld” klubu cavab oyununda öz meydanında “Ramsbottom Yunayted”lə üz-üzə gəlib. Görüş meydan sahiblərinin qələbəsiylə başa çatıb – 4:1. “Fayld” bu nəticəylə, növbəti mərhələyə yüksəlib.

Sərhat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Sərhat 50-ci dəqiqədə fərqlənərək, komandasının üçüncü qoluna imza atıb.

“Fayld”la “Ramsbottom Yunayted” arasındakı ilk oyun 5:5 hesablı heç-heçəylə bitmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button