Azərbaycan millisinin Ermənistanla keçirəcəyi oyunun vaxtı müəyyənləşib

16 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının C Divizionunda Ermənistanla keçirəcəyi oyunun vaxtı müəyyənləşib.

Komanda.az Beynəlxalq Basketbol Federasiyasının (FIBA) rəsmi saytına istinadən məlumatına görə, Kosovonun paytaxtı Priştinada keçiriləcək qarşılaşma iyulun 21-də olacaq.

B qrupunda mübarizə aparacaq milli buna qədər ilk olaraq iyulun 19-da Kipr seçməsi ilə üz-üzə gələcək. Komanda həmçinin, iyulun 23-də Albaniya, 24-də isə San-Marino ilə qarşılaşacaq.

Yığmanın ilk iki matçı saat 17:00-da, digər oyunları isə 19:30-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button