Azərbaycan millisinin dünya kuboku üçün heyəti açıqlandı
Aprelin 15-də Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək bədii gimnastika üzrə dünya kuboku üçün Azərbaycan millisinin heyəti açıqlanıb.
Federasiyanın mətbuat xidmətindən Komanda.az-a verilən məlumatına görə, üç gün davam edəcək yarışa Azərbaycan millisinin ikinci heyəti yollanıb.
Dünya kubokunda Azərbaycanı fərdi proqramda Alina Gözəlova ilə İlona Zeynalova, qrup hərəkətləri proqramında isə Səkinə İbrahimbəyli, Fidan Yusifzadə, Leyla Əliyeva, Zəhra Paşazadə, Nigar Xankişiyeva və Nərgiz Ramazanova təmsil edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin