Azərbaycan millisi Danimarka ilə bacarmadı
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.
Komanda.az xəbər verir ki, Azərbaycan millisi Viborq şəhərindəki “Viborq” stadionunda Danimarka yığması ilə qarşılaşıb. Meydan sahibləri bu oyunda 2 cavabsız qolla qalib gəliblər.
Dünya çempionatı, seçmə mərhələ
12 aprel
Danimarka – Azərbaycan 2:0
Qol: Stine Larsen, 2. Karen Holmqaard, 76.
Baş hakim: Silvia Dominqos (Portuqaliya)
Xal durumu: Danimarka – 24, Rusiya – 15, Monteneqro – 9, Bosniya və Herseqovina – 7, Malta – 4, Azərbaycan – 3
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin