Azərbaycan millisinin daha iki oyununun stadionu müəyyənləşib

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi daha iki oyununun stadionu müəyyənləşib.

Komanda.az xəbər verir ki, U-21 oktyabrda Şimali İrlandiya və Lüksemburq komandalarını “Dalğa Arena”da qəbul edəcək.

Oyunlar müvafiq olaraq oktyabrın 12-də və 17-də baş tutacaq.

Azərbaycanın gənclər yığması qrup mərhələsinin ilk turunda Serbiyanın qonağı olacaq. Bu görüş sentyabrın 12-də Serbiya Futbol Federasiyasının Stara Pazova şəhərindəki İdman Mərkəzində keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button