Azərbaycan millisinin “Böyük Dəbilqə” üçün heyəti müəyyənləşib
Cüdo üzrə Azərbaycan millisinin Fransanın paytaxtı Parisdə keçiriləcək “Böyük Dəbilqə” üçün heyəti müəyyənləşib.
Komanda.az Beynəlxalq Cüdo Federasiyasının (IJF) rəsmi saytına istinadən xəbər verir ki, fevralın 2-4-ü aralığında baş tutacaq yarışda 9 cüdoçu mübarizə aparacaq.
Yarışda Azərbaycanı Nazir Talıbov, Əhməd Yusifov (hər ikisi 60 kq), Rəşid Məmmədəliyev, İbrahim Əliyev (hər ikisi 73 kq), Zelim Tçkayev, Səid Mollayi (hər ikisi 81 kq), Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 90 kq) və Uşanqi Kokauri (+100 kq) təmsil edəcəklər.
“Böyük Dəbilqə”də 92 ölkədən 500-dən çox cüdoçunun iştirakı gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin