
Azərbaycan millisinin baş məşqçisi Yunanıstana gedib
Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş Yunanıstanda səfərdə olub.
Komanda.az xəbər verir ki, o, Salonikidə keçirilən Yunanıstan Super Liqasının PAOK – AEK (1:0) görüşünü izləyib.
Portuqaliyalı mütəxəssisin bu oyunda olmasının səbəblərindən biri də komandaya rəhbərlik edərkən PAOK-a dəvət etdiyi Vieyrinyanın futbolçu karyerasını bitirməsi olub.
Azərbaycan millisinin çalışdırıcısı 39 yaşlı futbolçuya “ağ-qaralar”ın xatirə lövhəsini təqdim edib.
Santuş 2007-2010-cu illərdə PAOK-da çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



