
Azərbaycan millisinin baş məşqçisi bu gün açıqlanır?
Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş sponsoru SOCAR-ın inzibati binasında AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
Komanda.az AFFA-ya istinadən xəbər verir ki, saat 18:00-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:
- Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi
- Aşağı yaş qruplarından ibarət milli komandalara məşqçi təyinatlarının təsdiqi
- Digər məsələlər
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin