
Azərbaycan millisinin baş məşqçisi əməliyyat olunacaq
19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ağatahir Əzimovun səhhətində problemlər yaranıb.
Komanda.az-a federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, Əzimov yaxın günlərdə cərrahiyyə əməliyyatı olunacaq.
Onun əməliyyat olunmasına görə yığma komandanı Avropa çempionatının əsas mərhələ oyunlarına İlqar Aslanov çıxaracaq.
U-19 əsas mərhələdə Bosniya və Herseqovina, Fransa və Yunanıstanla eyni qrupda yer alıb. Bu qrupun oyunları martın 21-dən 26-dək Bosniya və Herseqovinanın Siroki Briyeq şəhərində keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin