
“Azərbaycan millisinin azarkeşiyəm” – De Byazi
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi “Panorama Sport” nəşrinə müsahibə verib.
Komanda.az xəbər verir ki, o, daha əvvəl çalışdırdığı Albaniya millisi üçün darıxıb-darıxmadığı ilə bağlı sualı belə cavablandırıb:
“Mən Azərbaycan millisinin məşqçisiyəm və bu komandanı hər cəhətdən təkmilləşdirməyə çalışıram. Albaniya millisini dəstəkləyirəm və Avropa çempionatına getməyinizi çox arzulayıram. Amma mən Azərbaycanın millisinin məşqçisi və azarkeşiyəm”.
Xatırladaq ki, 2011-2017-ci illər aralığında Albaniya yığmasına başçılıq etmiş De Byazi bu komandanı AÇ-2016-nın final mərhələsinə çıxarıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin