Azərbaycan millisinin Avropa çempionatının 2-ci seçmə mərhələsi üçün heyəti açıqlanıb

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının 2-ci seçmə mərhələsi üçün heyəti açıqlanıb.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmaya 23 oyunçu dəvət alıb.

U-17 martın 5-dən Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlığa başlayacaq.

B Liqasının B qrupunun oyunları martın 12-dən 18-dək Bakıda təşkil olunacaq.

S.Ad/SoyadKlub
1Firuzə BayramovaDinamo Balakən
2Nərgiz AğaliyevaŞəfa
3Aydan AbdullayevaTəhsil 8 İOEUGİM
4Məryəm SəmədliTəhsil 8 İOEUGİM
5Arzu CəfərovaŞəfa
6Xanım ƏsədovaNeftçi
7Bədriyyə MövludovaŞəfa
8Ayşən SalamzadəNeftçi
9Səma ƏsədovaNeftçi
10Aysu ƏsədovaSabah
11Aylin KərimovaSabah
12Ayan AbdiyevaŞəfa
13Şəhanə MirzəliyevaMingəçevir
14Suel PolikarpovaUlduz
15Sara SəlimovaGömrükçü
16Elmira HüseynovaUlduz
17Könül HüseynovaMingəçevir
18Naidə MəmmədovəZaqatala City
19Xədicə RəhimovaTəhsil 8 İOEUGİM
20Məhsumə VahabzadəSabah
21Aygün NovruzovaSabah
22Aylin ƏliyevaUlduz
23Tahirə RəcəbTəhsil 8 İOEUGİM

Qeyd: 2011-ci il təvəllüdlü futbolçular Könül Hüseynova, Aylin Əliyeva və Tahirə Rəcəb yalnız təlim-məşq prosesində iştirak edəcəklər.

Oyunların təqvimi:

12 mart

11:00. Bolqarıstan – Malta

ASCO Arena

16:00. Azərbaycan – Lüksemburq

ASCO Arena

15 mart

11:00. Lüksemburq – Malta

ASCO Arena

16:00. Bolqarıstan – Azərbaycan

ASCO Arena

18 mart

13:00. Azərbaycan – Malta

ASCO Arena

13:00. Lüksemburq – Bolqarıstan

Binə stadionu

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button