Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlandı

Martın 28-də Macarıstanın paytaxtı Budapeştdə start götürəcək güləş üzrə Avropa çempionatı üçün Azərbaycan millisinin heyəti açıqlanıb.

Komanda.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bir həftə davam edəcək yarışa ümumilikdə 23 güləşçi yollanacaq.

Macarıstanda baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), İslam Bazarqanov (61 kq), Hacı Əliyev (65 kq), Zirəddin Bayramov (70 kq), Turan Bayramov (74 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq), Məhəmmədxan Məhəmmədov (97 kq) və Aydın Əhmədov (125 kq) güləşəcək.

Martın 14-dən Budapeştdə təlim-məşq toplanışı keçən qadın güləşi üzrə milli cəmi 3 idmançı ilə təmsil olunacaq. Baş məşqçi əvəzi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (50 kq), Alyona Kolesnik (59 kq) və Elis Manolova (65 kq) qitə birinciliyində mübarizə aparacaq.

Yunan-Roma güləşi üzrə milli isə yarışın son günlərində çıxış edəcək. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Murad Lokyayev (97 kq) və Beka Kandelaki (130 kq) uğur qazanmağa çalışacaq.

Avropa çempionatında azərbaycanlı hakimlər – Asif Şirəliyev, İntiqam Alıyev və Sədi Quliyev ədaləti qoruyacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button