Azərbaycan millisinin Avropa birinciliyi üçün heyəti açıqlandı
Oktyabrın 17-dən 27-nə qədər Rumıniyanın paytaxtı Buxarestdə yaş 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi keçiriləcək.
Komanda.az xəbər verir ki, 2020-ci il Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli olan bu yarışda 41 ölkədən 488 atlet (206 qadın və 282 kişi) iştirak edəcək.
Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulacaqlar.
Baş məşqçi Asif Məmmədovun rəhbərliyi altında aşağıdakı idmançılar körpücük üzərinə çıxacaqlar:
20 yaşa qədər
Qadın: Səbinə Əzimova (55kq);
Kişilər: Rüstəm Qasımov (67 kq), Tarmenxan Babayev (96 kq), Əliş Nəzərov (109 kq), İsmayıl Qurbanov (+109 kq).
23 yaşa qədər
Qadın: Mərziyyə Məhərrəmova (49 kq);
Kişilər: Məhəmməd Məmmədli (67 kq), Elşad Şərifov (73 kq), Kənan Əliquliyev (81 kq).
Beynəlxalq dərəcəli hakim Məmməd Məmmədov ölkəmizi hakim qismində təmsil edəcək.
Bizi Facebook-da izləyin