Azərbaycan millisinin açıq məşqi olacaq
DÇ-2024-ün elit mərhələsində Bakıda Rumıniya ilə üz-üzə gələcək futzal üzrə Azərbaycan millisinin qarşılaşmadan əvvəl açıq məşqi keçiriləcək.
Komanda.az AFF-yə istinadən xəbər verir ki, Bakıda təlim-məşq toplanışında olan yığmanın hazırlıq prosesi dekabrın 13-də, saat 10:00-da mətbuat üçün açıq olacaq.
Məşqdən əvvəl, saat 09:45-də isə baş məşqçi Vitali Borisov jurnalistlərin suallarını cavablandıracaq.
Dekabrın 15-də Bakı İdman Sarayında gerçəkləşəcək Azərbaycan – Rumıniya görüşü saat 20:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin