Azərbaycan millisinin Açıq Avropa turnirində iştirakı ləğv edildi
Cüdo üzrə Azərbaycan millisinin Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Açıq Avropa turnirində iştirakı ləğv olunub.
Azərbaycan Cüdo Federasiyasından Komanda.az-a verilən məlumata görə, buna səbəb Türkiyədə əlverişsiz hava şəraiti nəticəsində İstanbul hava limanında uçuşların təxirə salınmasıdır.
İdmançılar yarışın çəki vaxtına Sofiyaya çata bilməyəcəklərindən, turnirdə iştirakları ləğv olunub. Onlardan fərqli olaraq, A kateqoriyalı beynəlxalq dərəcəli hakimlər Arzu Acalova və Fariz Hüseynov yarışda ədalət təmsilçiləri sırasında yer alacaqlar.
Açıq Avropa turniri fevralın 11-12-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin