Uels millisində növbəti itki – Azərbaycanla oyunda olmayacaq

Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsindəki rəqiblərindən olan Uels millisi daha bir itki ilə üzləşib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, yığmanın üzvü Co Rodon zədələnib. “Suonsi” klubunda forma geyinən 22 yaşlı müdafiəçi Çempionşipin 13-cü turunda “Brentford”la keçirilən oyunda (0:3) sıradan çıxıb. Növbəti həftə əməliyyat olunacaq Rodonun 2 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Rodon noyabrın 16-da keçiriləcək Azərbaycan – Uels oyununda iştirak etməyəcək.

Bir müddət əvvəl zədələnən Conni Uilyams da Azərbaycanla oyunda Uels millisinə kömək edə bilməyəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button