Azərbaycan millisinin rəqibinin heyətində 2 itki – Toplanışa qatılmadılar

Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsindəki rəqiblərindən olan Macarıstan yığması ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, “Zalsburq”un yarımmüdafiəçisi Dominik Soboslai və “Zalaeqerseq”in müdafiəçisi Kristian Tamaş zədələnib. Bu barədə Macarıstan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Hər iki oyunçu yığmanın toplanışına qatıla bilməyib.

Onların yerinə “Debretsen”in formasını geyinən Yanoş Ferentsi komandaya cəlb olunacaq və bu gündən məşqlərə qoşulacaq.

Macarıstan millisi AÇ-2020-nin seçmə mərhələsində oktyabrın 10-da Xorvatiya, 13-də isə Azərbaycanla qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button