Azərbaycan millisinin 4 futbolçusu İsveçlə oyunda meydana çıxmayacaq

Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində bu gün Bakıda İsveç yığmasını qəbul edəcək.

Komanda.az xəbər verir ki, baş məşqçi Canni De Byazi qarşılaşma üçün 23 nəfərlik heyəti müəyyənləşdirib.

İtaliyalı mütəxəssis 27 nəfərlik geniş heyətdə yer alan 4 futbolunun adını İsveçlə görüşün heyətindən kənarlaşdırıb. Bunlar Rüstəm Əhmədzadə (“Zirə), Səbuhi Abdullazadə (“Sumqayıt”), Cəlal Hüseynov (“Arda”, Bolqarıstan) və Emil Səfərovdur (“Qəbələ)”.

Azərbaycan – İsveç qarşılaşması bu gün, saat 21:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button