Azərbaycan millisinin ənənəvi turnir üçün heyəti açıqlandı

Atıcılıq üzrə Azərbaycan millisinin Almaniyanın Münhen şəhərində keçiriləcək ənənəvi 2024 H&N Kuboku üçün heyəti müəyyənləşib.

Komanda.az xəbər verir ki, yığma səfərə 10 idmançı ilə yollanacaq.

Onlardan 6-sı kişi, 4-ü isə qadın atıcıdır. İradə Aşumova və Xanım Astanovanın rəhbərliyi altında Elvin Astanov, Üzeyir Tapdıqlı, Rəsul Məmmədov, Ramiz Xəlilov, İmran Qarayev, Vladislav Kalmıkov, Xanna Əliyeva, Nəzrin Abbaslı, Leyli Əliyeva və Zeynəb Sultanova pnevmatik tapançadan 10 m məsafəyə atəşaçma yarışlarında qüvvələrini sınayacaqlar.

2024 H&N Kuboku yanvarın 23-28-i aralığında baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button