Azərbaycan millisindən Türkiyə yığması ilə heç-heçə
Türkiyənin İstanbul şəhərindəki təlim-məşq toplanışını başa vuran 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində türkiyəli yaşıdları ilə növbəti yoxlama oyununu keçirib.
Komanda.az xəbər verir ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Millimizin heyətində Eda Nur Mutlu fərqlənib.
Xatırladaq ki, komandamız ilk yoxlama oyununda bu rəqibinə 0:3 hesabıyla məğlub olmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin