Azərbaycan millisindən Şahmat Olimpiadasında növbəti qələbə
Yeniyetmə şahmatçılardan ibarət Azərbaycan millisi Niderlandın Eyndhoven şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında növbəti qələbəsini qazanıb.
Komanda.az xəbər verir ki, yığma bu dəfə Bolqarıstanı 3,5:0,5 hesabı ilə məğlub edib.
Read Səmədov, Xaqan Əhməd, Cahandar Azadəliyev və Nərmin Abdinovadan ibarət komanda Qazaxıstanla isə bərabərə qalıb – 2:2.
Milli komanda ötən gün yarışın ilk turunda Paraqvaya 4:0 hesabı ilə qalib gəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin