
Azərbaycan millisindən “Qaradağ Lökbatan”la heç-heçə
Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Komanda.az xəbər verir ki, Birinci Divizion təmsilçisi “Qaradağ Lökbatan”la qarşılaşma 3:3 hesabı ilə başa çatıb.
U-21-in qollarını Veysəl Rzayev, Vüsal Əsgərov və Ədilxan Qarəhmədov vurub.
Xatırladaq ki, U-21 əvvəlki yoxlama oyunlarında “Qarabağ”a 4:2 hesabıyla qalib gəlsə də, “Neftçi”yə 1:3 hesabıyla uduzmuşdu.
Millimiz sonuncu yoxlama oyununu martın 29-da Premyer Liqa təmsilçisi “Qəbələ”yə qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin