Azərbaycan millisindən Monteneqro ilə heç-heçə

Qadın futbolçulardan ibarət Azərbaycan yığması UEFA Millətlər Liqasında Monteneqro ilə heç-heçəyə razılaşıb.

Komanda.az xəbər verir ki, Nikşiç şəhər stadionunda baş tutan görüşdə tərəflər hərəyə 1 dəfə fərqləniblər.

Qarşılaşmada hesabı seçməmizin heyətində 54-cü dəqiqədə Manə Mollayeva açıb. Rəqib komanda məğlubiyyətdən 90+2-ci dəqiqədə qaçıb. Jasna Dokoviç penalti zərbəsini dəqiq yerinə yetirib.

Azərbaycan yığması daha əvvəl Bakıda bu rəqiblə qolsuz heç-heçə edib, ikinci oyunda isə səfərdə Litvanı 2:0 hesabı ilə üstələyib.

Yığma bu nəticələrin ardından C Liqasının 4-cü qrupunda 5 xalla ikincidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button