Azərbaycan millisindən Millətlər Liqasında növbəti qələbə

Azərbaycanın amputant futbolçulardan ibarət yığması Bakıda təşkil olunan Millətlər Liqasının C qrupunda növbəti matçını keçirib.

Komanda.az xəbər verir ki, Ramil Həbibovun baş məşqçisi olduğu komanda Niderlandla üz-üzə gəlib. “Bayıl Arena” stadionunda baş tutan görüş yığmamızın 1:0 hesablı qələbəsi ilə bitib.

Yeganə qolu 50-ci dəqiqədə Sənan Hacıyev rəqib komandanın qapısından keçirib.

Milli daha əvvəl Belçikanı 3:0 hesabı ilə məğlub edib, İsraillə qolsuz heç-heçəyə razılaşıb. Komanda növbəti matçını bu gün Ukrayna millisinə qarşı keçirəcək. Qarşılaşma saat 17:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button