Azərbaycan millisindən İslamiadada ikinci qələbə

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan 6-cı İslam Həmrəyliyi Oyunlarında ikinci qələbəsini qazanıb.

Komanda.az xəbər verir ki, yığmamız A qrupunda keçirdiyi ikinci görüşündə Türkiyə seçməsinə qalib gəlib – 19:11.

Xatırladaq ki, Azərbaycan qrupdakı ilk matçında Səudiyyə Ərəbistanını 21:8 hesabı ilə məğlub etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button