Azərbaycan millisindən ilk oyunda qələbə
Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.
Komanda.az xəbər verir ki, Su İdman Sarayının ərazisindəki çimərlik meydançasında Səudiyyə Ərəbistanı milli komandasına qarşı oyun 3:1 hesabı ilə Azərbaycan yığmasının xeyrinə nəticələnib.
Komandanın heyətində Comərd Baxşəliyev, Hüseyn Axundov və Orxan Məmmədov fərqlənib.
Bu komandalar arasında daha üç yoxlama oyunu keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin