
Azərbaycan millisindən ayrıldı – 2 futbolçu
Bakıda təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Komanda.az AFFA-ya istinadən xəbər verir ki, “Qəbələ” klubunun üzvləri Rauf Rüstəmli və Süleyman Damadayev səhhətləri ilə əlaqədar düşərgədən ayrılıblar.
Xatırladaq ki, U-21 hazırlıq çərçivəsində iyunun 5-də və 7-də Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı iki yoldaşlıq oyunu keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin