Azərbaycan millisində zədə şoku – final görüşünə çıxmayacaq

Belarusun paytaxtı Minskdə keçirilən 2-ci Avropa Oyunlarında 97 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan yığmasının güləşçisi Nurməhəmməd Hacıyev bu gün final görüşünə çıxa bilməyəcək.

Komanda.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, buna səbəb onun dünən yarımfinalda dizindən zədə almasıdır.

Həkimlərin tövsiyəsinə əsasən, Hacıyev həlledici qarşılaşmaya çıxmayacaq. Bu isə o deməkdir ki, pəhləvanımız məcburiyyətdən gümüş medalla kifayətlənməli olacaq.

Qeyd edək ki, Hacıyev finalda rusiyalı güləşçi Abdulrəşid Sadullayevlə qarşılaşmalı idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button