“Azərbaycan millisində oynayacağımı istisna etmirəm” – Ayaz Quliyev
Rusiyanın “Ximki” klubunun yarımmüdafiəçisi Ayaz Quliyev Azərbaycan millisində oynamaq istədiyini açıqlayıb.
Komanda.az xəbər verir ki, 26 yaşlı futbolçu “RB Sport”a müsahibəsində bunları söyləyib:
“Azərbaycan millisində oynaya bilərəm. Bunun üçün sadəcə, anlaşmaq və yığmada çıxış edəcəyimə dair razılıq vermək lazımdır. Gələcəkdə Rusiya yığmasında yox, məhz bu komandada oynayacağımı istisna etmirəm. Amma indi bu barədə yüz faiz əminliklə danışmaq mümkün deyil. Çünki özüm də dəqiq bilmirəm. Bunu birbaşa təfərrüatı ilə müzakirə etməyiblər, mənimlə şəxsən görüşməyiblər”.
Quliyev Azərbaycan millisinin formasını geyinməkdə heç vaxt imtina etmədiyini söyləyib: “Bu fikir daim beynimdədir. İlk dəfə Rusiya Premyer Liqasında oynamağa başlayanda mənə Azərbaycan millisində oynamaq təklif edilmişdi. Amma həmin vaxt çempionatda limit var idi və legioner sayılacaqdım. Bu, məni narahat edirdi. İndi isə qaydalar fərqlidir, asanlaşıb. Ona görə də hər şey ola bilər”.
Xatırladaq ki, Ayaz Quliyev Rusiyanın U-16, U-17, U-18, U-19 və U-21 yığmalarında çıxış edib. O, “Ximki”dən əvvəl “Spartak” (Moskva), “Anji”, “Rostov”, “Arsenal” (Tula) klublarının formasını geyinib.
Bizi Facebook-da izləyin