Azərbaycan millisində itki
Azərbaycan millisinin cüdoçusu Uşanqi Kokauri oktyabrın 6-da Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək dünya çempionatında iştirak etməyəcək.
Federasiyadan Komanda.az-a verilən məlumata görə, 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Kokauri ötən gün axşam məşqində zədələnib.
Yığmanın tibbi heyətinin qərarına əsasən, o, millinin heyətindən çıxarılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin