“Azərbaycan millisinə ciddi yanaşmalıyıq”
Futbol üzrə Monteneqro yığma komandasının baş məşqçisi Faruk Hacibekiç UEFA Millətlər Liqasının püşkünü dəyərləndirib.
Komanda.az xəbər verir ki, yerli futbol federasiyasının rəsmi saytına açıqlama verən 62 yaşlı bosniyalı mütəxəssis Azərbaycan, Lüksemburq və Kiprlə birgə C liqasının 1-ci qrupunda qərarlaşmalarına belə münasibət bildirib:
“Yaxşı qrupa düşdüyümüzü hesab edirəm. Buna görə sevinirəm. Amma son vaxtlar əldə olunan nəticələr göstərir ki, ehtiyatlı olmalıyıq. Bütün futbolçular sərəncamımızda olanda, zədəli oyunçularımız olmayanda iddiamızı ortaya qoymalıyıq. Amma rəqiblərə də hörmətlə yanaşmalıyıq”.
62 yaşlı mütəxəssis bildirib ki, qrupda istənilən komanda birinci yer uğrunda mübarizə apara bilər: “Buna görə də hamını maraqlı oyunlar gözləyir. Qarşıdakı yoldaşlıq matçlarından sonra kollektivdə qələbə ruhu formalaşdırmaq lazımdır. Qrupumuzda asan rəqib yoxdur. Ona görə də hər bir komandaya ciddi yanaşmalıyıq”.
Bizi Facebook-da izləyin