“Azərbaycan millisinə 4-5 qol vurmalıydıq”

Türkiyənin U-21 yığmasının baş məqşçisi Levent Sürme və hücumçu Enis Destan Azərbaycanın 21 yaşlılarına qarşı keçirdikləri yoxlama oyunu barədə fikirlərini bölüşüblər.

Komanda.az xəbər verir ki, onlar ötən gün İstanbulda baş tutan və1:0 hesablı qələbə qazandıqları matçla bağlı bunları söyləyiblər.

Levent Sürme: “Təəssüf ki, matç 1:0 bitdi. Daha böyük hesablı qələbə gözləyirdik. Rəqibi çox təzyiq altında saxladıq. Top saxlamağa çalışmırdıq. Belə bir istəyimiz də yox idi. Çoxlu hücumlar qurduq. Rəqibə cəmi bir qol fürsəti verdik. Bu baxımdan hər şey yaxşıdır, amma dediyim kimi, təəssüf ki, hesab 1:0 oldu. Bu, istədiyimiz hesab deyil. Hətta 3-4-5 qol vura bilərdik. Hesabdan məmnun qalmasaq da, oyun sevindirdi. Qarşıda daha bir oyun var. Bosniya və Herseqovina Azərbaycan millisi qədər geri çəkilməyəcək, bu, dəqiqdir”.

Enis Destan: “Əvvəlcə qardaş komandaya təşəkkür edirəm. Bizi qırmadılar, yoldaşlıq oyunu keçirdilər. Onlara da uğurlar arzulayıram. Gözəl oyun oldu. Meydanda təzyiqə və pressinqə üstünlük verən bir komanda vardı. Bunu davam etdirmək istəyirik, amma topla oyunda bir az daha yaradıcı olmalıyıq. Məşqlərdə bunların üzərində çalışıb, növbəti matçlara daha yaxşı şəkildə çıxacağıq. Bu oyunda vurduğum qol mənim üçün çox önəmli idi. Uzun fasilədən sonra ilk qolumu vurdum. Bu, məni motivasiya etdi. Qarşıdakı matçlarda da qol vurmağa çalışacağam”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button