
Azərbaycan millisinə 23 futbolçu çağırıldı – SİYAHI
Millətlər Liqasında səfərdə Kipr, Bakıda Farer adaları yığması ilə qarşılaşacaq qadın futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Siyasət Əsgərov 23 oyunçuya dəvət göndərib.
Yığma komanda qeyd olunan matçlara hazırlıq məqsədilə noyabrın 27-dən Kiprdə təlim-məşq toplanışına başlayacaq.
Milli dekabrın 1-də səfərdə Kiprlə, dörd gün sonra “Dalğa Arena”da Farer adaları ilə üz-üzə gələcək.
| N | SOYAD | AD | KLUB |
| 1 | Şərifova | Aytac | Trabzonspor (Türkiyə) |
| 2 | Əliyeva | Nərgiz | KDZ Eregli Spor (Türkiyə) |
| 3 | İsmayılova | Günay | Neftçi |
| 4 | Mirzəliyeva | Nigar | Zenit (Rusiya) |
| 5 | Məmmədova | Kamilla | Doğuş Gold Asya Spor (Türkiyə) |
| 6 | Hacıyeva | Nərgiz | Trabzonspor (Türkiyə) |
| 7 | Mollayeva | Manə | Neftçi |
| 8 | Əhmədova | Ayşən | PAOK (Yunanıstan) |
| 9 | Bakarandze | Kristina | Qalatasaray (Türkiyə) |
| 10 | Məmmədova | Diana | Yenisey (Rusiya) |
| 11 | Əliyeva | Coşqunə | Neftçi |
| 12 | Manya | Esra | Beşiktaş (Türkiyə) |
| 13 | Seyfəddinova | Vüsalə | Fomget GSK (Türkiyə) |
| 14 | Teymurova | Firəngiz | Neftçi |
| 15 | Acar | Yeliz | Fatih Vətən (Türkiyə) |
| 16 | Bozdağ | Peritan | Fatih Vətən (Türkiyə) |
| 17 | Dorofeyeva | Alina | Yenisey (Rusiya) |
| 18 | Cəfərzadə | Sevinc | Krasnodar (Rusiya ) |
| 19 | Rəhimova | Sona | Girəsun Sanayispor (Türkiyə) |
| 20 | Məhsimova | Jalə | Amedspor (Türkiyə) |
| 21 | Rəhimova | Milana | Neftçi |
| 22 | Əliyeva | Aysun | Neftçi |
| 23 | Cəfərova | Fidan | Baku Juniors Football Club |
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



