Azərbaycan millisi Yunanıstana da uduzdu
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib.
Komanda.az xəbər verir ki, 6-cı qrupda yer alan komanda Yunanıstan yığması ilə üz-üzə gəlib.
Rumıniyanın “Tunari” stadionunda təşkil olunan qarşılaşma rəqibin qələbəsi ilə bitib – 3:0.
İlham Yadullayevin baş məşqçisi olduğu U-17 ilk oyunda Macarıstana 0:4 hesabı ilə məğlub olub.
Təmsilçimiz qrupda son matçını noyabrın 19-da Rumıniya yığmasına qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin