Azərbaycan millisi yoxlama oyununda Qazaxıstana qalib gəldi

Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama görüşünü keçirib.

Komanda.az xəbər verir ki, yerli komanda ilə üz-üzə gələn yığmamız 2:1 hesablı qələbə qazanıb.

Çimkənd şəhər stadionunda baş tutan oyunda Azərbaycanın qollarını Esra Manya (27) və Sevinc Cəfərzadə (82) vurublar.

Tərəflər arasında ikinci oyun oktyabrın 27-də baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button