Azərbaycan millisi yeni rekord müəyyənləşdirib

Boks üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisi yeni rekord müəyyənləşdirib.

Federasiyadan Komanda.az-a verilən məlumata görə, komanda bu uğura Belarusda keçirilən 2-ci MDB Oyunlarında imza atıb.

Yığmanın heyətində Aynur Mikayılova (54 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Ziya Həsənov (71 kq) və Fərhad Şeydayev (75 kq) gümüş medal qazanıblar. Ömər Aslanlı (54 kq), Aslan Quliyev (63,5 kq), Lalə Mədətova (48 kq), Aysu İsmayılova (50 kq), Nərmin Əlizadə (52 kq) və Qızbəs İsgəndər (60 kq) yarışı bürünc mükafatla bitiriblər.

Bununla da, MDB Oyunları ilə müqayisədə medalların sayında ikiqat artım qeydə alınıb.

Komanda 4 gümüş və 6 bürünc medal əldə etməklə ikinci ilki də rəsmiləşdirib. Boksçular mükafat sayı ilə yanaşı, medalların əyarında da rekord müəyyənləşdirib. Bundan əlavə, Orşa şəhərində baş tutan yarışda qızlardan ibarət yığma 3 medalı 5-ə, oğlanlardan ibarət komanda isə 2 mükafatı 5-ə yüksəldib.

2 il öncə Rusiyanın Kazan şəhərində keçirilən 1-ci MDB Oyunlarında Azərbaycan boksçularının qazancı 5 bürünc medal olub. Belarusda, həmçinin, 4 gümüş medal əldə etməklə mükafatların əyarında da ilk yaşanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button