Azərbaycan millisi Yaponiyadakı dünya çempionatında iştirak edəcək

Azərbaycan paraatletləri Yaponiyanın Kobe şəhərində təşkil ediləcək dünya çempionatında mübarizə aparacaqlar.

Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, mayın 17-25-i aralığında baş tutacaq yarışda ölkəni Orxan Aslanov, Səid Nəcəfzadə (hər ikisi uzunluğa tullanma), Samir Nəbiyev, Rüfət Rəfiyev (hər ikisi nüvə itələmə) və Lamiyə Vəliyeva (qaçış) təmsil edəcəklər.

Milli komanda yarışa baş məşqçi Oleq Panyutinin rəhbərliyi ilə yollanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button