Azərbaycan millisindən Ukrayna yığması ilə heç-heçə

Bu gün Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb.

Komanda.az xəbər verir ki, D qrupunda yer almış milli komanda 2-ci tur çərçivəsində Ukrayna yığmasını qəbul edib.

Azərbaycan yığmasını bu oyuna U-21 millisinin baş məşqçisi Ayxan Abbasov çıxarıb. Buna əsas millinin baş məşqçisi Fernandu Santuşun istefaya göndərilməsi səbəb olub. Komandanın ilk turda İslandiyaya 0:5 hesablı məğlubiyyəti portuqal mütəxəssisin istefası ilə nəticələnib.

Ukrayna yığması da seçmə mərhələyə uğursuz başlayıb. Sözügedən komanda Fransa yığmasına 0:2 hesabıyla uduzub.

Bu komandalar arasında Bakıda keçirilmiş oyunda qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

DÇ-2026, seçmə mərhələ
D qrupu

9 sentyabr

Azərbaycan – Ukrayna 1:1
Qollar: Emin Mahmudov, 72-pen – Georgi Sudakov, 51.
Baş hakim: Vassilis Fotias (Yunanıstan).
Tofiq Bəhramov adına Respublika Stadionu.

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 10. Mahir Emreli, 14. Elvin Bədəlov, 15. Abdulla Xaybullayev, 19. Rüstəm Əhmədzadə, 21. Qismət Alıyev.
Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Rza Cəfərov, 2. Rəhman Daşdəmirov, 6. Səbuhi Abdullazadə, 7. Anatoli Nuriyev, 11. Ozan Can Kökçü, 13. Abbas Hüseynov, 16. Ceyhun Nuriyev, 17. Toral Bayramov, 18. Cəlal Hüseynov, 20. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı.
Baş məşqçi əvəzi: Ayxan Abbasov.
Ukrayna: 12. Anatoli Trubin, 2. Yuxim Konoplya, 6. İvan Kalyujni, 7. Vladislav Vanat, 8. Georgi Sudakov, 13. İlya Zabarnı, 14. Oleq Oçeretko, 17. Aleksandr Zinçenko, 19. Artyom Bondarenko, 20. Aleksandr Zubkov, 22. Mikola Matviyenko (k).
Ehtiyat oyunçular: 1. Goergi Buşan, 23. Dmitri Rıjnik, 3. Taras Mixavko, 4. Aleksandr Svatok, 5. Valeri Bondar, 10. Mikola Şaparenko, 11. Artyom Dovbik, 15. Boqdan Mixayliçenko, 16. Nazar Voloşin, 18. Yeqor Yarmolyuk, 21. Aleksandr Nazarenko.
Baş məşqçi: Sergey Rebrov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button