Azərbaycan millisi Ukraynaya da uduzdu

Viktor Bannikov beynəlxalq turnirində çıxışını davam etdirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün qrupda ikinci oyununu keçirib.

Komanda.az xəbər verir ki, Vüqar Məmmədin rəhbərlik etdiyi kollektiv Ukrayna yığması ilə qarşılaşıb. “Yubileynıy” stadionunda keçirilən oyunda qapılara bütövlükdə 6 qol vurulub. Millimiz fasilə ərəfəsində azlıqda qaldığı bu qarşılaşmadan məğlub ayrılıb. Yığmamızın heyətində Musa Musazadə və Mirmövsüm Canıyev fərqlənib.

Azərbaycan millisi ilk oyununda İsrailə 0:6 hesabıyla uduzub.

Viktor Bannikov turniri

27 avqust

Azərbaycan – Ukrayna 2:4

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button