Azərbaycan millisi UEFA İnkişaf Turnirindəki son matçında məğlub oldu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirində Estoniyaya məğlub olub.

Komanda.az xəbər verir ki, Aqil Nəbiyevin rəhbərlik etdiyi komanda turnirdəki üçüncü – sonuncu matçında 1:2 hesabı ilə uduzub.

Moldova Futbol Federasiyasının Texniki Mərkəzində keçirilən görüşdə yığmanın yeganə qolunu 90-cı dəqiqədə Nicat Kərimov vurub.

Milli turnirdə Moldovaya (0:1) məğlub olub, Gürcüstana (1:0) qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button