
Azərbaycan millisi UEFA İnkişaf turnirində iştirak edəcək
15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi avqustun 20-dən 28-dək Estoniyanın paytaxtı Tallində təşkil olunacaq UEFA İnkişaf turnirində iştirak edəcək.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma turnirdə üç oyun keçirəcək.
U-15 avqustun 22-də Bosniya və Herseqovina, 24-də Estoniya, 27-də isə Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Turnirə hazırlıq məqsədilə milli avqustun 16-dan 20-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. Yekun heyət Bakı toplanışından sonra müəyyənləşəcək.
| S. | ADI / SOYADI | KLUB |
| 1 | Tunar Mehdiyev | Sumqayıt |
| 2 | Rauf Əyyubov | Sabah |
| 3 | İmran Lətifov | EFA |
| 4 | Uğur Qurbanlı | Qarabağ |
| 5 | Toğrul Mehdizadə | Sabah |
| 6 | Səttar Tahirzadə | Neftçi |
| 7 | Rəşad Gülüşov | Leon |
| 8 | Kəmal Mustafazadə | Leon |
| 9 | Murad Əliyev | Kəpəz |
| 10 | Amil Abuşov | Sumqayıt |
| 11 | Nihad Şirinzadə | Sabah |
| 12 | Emil Məmmədov | Sabah |
| 13 | Allahverdi Şirinov | Qəbələ |
| 14 | Renat Muştakov | Sabah |
| 15 | Əli Bəşirov | Qarabağ |
| 16 | Məhəmməd Çodarov | Sabah |
| 17 | Nicat Kərimov | Sabah |
| 18 | Hüseyn Bayramov | Qarabağ |
| 19 | Samir Şərifov | Sabah |
| 20 | Pünhan Kərimov | Sumqayıt |
| 21 | Murad İbrahimli | Qarabağ |
| 22 | Polad Hüseynov | Qarabağ |
| 23 | Onur Əliyev | Qarabağ |
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


