
Azərbaycan millisi üçüncü oyunda da uduzdu
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama oyununu keçirib.
Komanda.az xəbər verir ki, yığma komanda İspaniyanın Mursiya şəhərində Uelslə üz-üzə gəlib.
Qarşılaşma rəqibin 3:0 hesablı qələbəsi ilə bitib. Daha əvvəl Şotlandiyaya da uduzan (0:2) U-19, Niderlanda da məğlub olub – 0:3.
Azərbaycan millisi sentyabrın 2-dən İspaniyada təlim-məşq toplanışında idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin