Azərbaycan millisi üçüncü oyunda da məğlub olub

Azərbaycanın 20 yaşadək oğlan basketbolçulardan ibarət yığması Avropa çempionatının B divizionunda növbəti matçına çıxıb.

Komanda.az xəbər verir ki, ispaniyalı məşqçi Alberto Blankonun rəhbərlik etdiyi komanda İrlandiya yığması ilə qarşılaşıb. Görüş rəqibin 61:58 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan millisi lk oyunda Portuqaliyaya 34:90, Böyük Britaniyaya 51:97 hesabı ilə uduzub. Komanda Portuqaliya, Niderland, Böyük Britaniya və İrlandiya yığmaları ilə eyni qrupda yer alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button