Azərbaycan millisi Türkiyəyə uduzdu, medalsız qaldı
Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəylik Oyunlarında Azərbaycanın kişi voleybolçulardan ibarət millisi medalsız qalıb.
Komanda.az xəbər verir ki, milli üçüncülük uğrunda görüşdə meydan sahibi Türkiyəyə 1:3 (23:25, 25:22, 26:28, 14: 25) hesabı ilə uduzub.
Bu gün Azərbaycanın qadın voleybol millisi də üçüncülük uğrunda Kamerunla qarşılaşacaq. Həmin görüş saat 14:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin