
Azərbaycan millisi Türkiyə yığması ilə qarşılaşacaq
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası iki yoldaşlıq oyunu keçirəcək.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma aprelin 8-də və 11-də Türkiyə millisi ilə qarşılaşacaq.
Hər iki görüş “Dalğa Arena”da olacaq. Oyunlar saat 16:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin