
Azərbaycan millisi Türkiyə yığması ilə 2 yoxlama oyunu keçirəcək
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi sentyabrın 3-dən 7-dək Bakıda, 8-dən 13-dək isə Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışında olacaq.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, U-17 hazırlıq çərçivəsində sentyabrın 9-da və 12-də Türkiyənin müvafiq yaş qrupundan ibarət yığması ilə iki yoxlama oyunu keçirəcək.
Qarşılaşmalar müvafiq olaraq Bakı vaxtı ilə saat 17:00-da və 14:00-da start götürəcək.
| No | Ad, soyad | Klub |
| 1 | Məhdi Həsənov | Neftçi |
| 2 | Rauf Əyyubov | Sabah |
| 3 | Həzrət Səmədov | Sabah |
| 4 | Elşən Atakişiyev | Neftçi |
| 5 | Fərid Cabbarlı | Zirə |
| 6 | Əlibəy Mahmudov | Sabah |
| 7 | Tunar Muradov | Sabah |
| 8 | Kamil Məmmədov | Neftçi |
| 9 | Rəvan Teymurov | Qarabağ |
| 10 | Zeyd Nəsirulla | Hertha Zehlendorf, Almaniya |
| 11 | Murad Qurbanov | Zirə |
| 12 | İbrahim Xəlilov | Sabah |
| 13 | Elvin Vəliyev | Neftçi |
| 14 | Vusal Kərimov | Neftçi |
| 15 | Nihad İsaqov | Kəpəz |
| 16 | Əli Qazibəyov | Qarabağ |
| 17 | Abdulaziz Cabbarlı | Qarabağ |
| 18 | İbrahim Babayev | Servette FC 1890, İsveçrə |
| 19 | Nihat İsgəndərov | Qarabağ |
| 20 | İslam Həsənov | Srvena Zvezda, Serbiya |
| 21 | Əli İbrahim | Qarabağ |
| 22 | Elnur Abdullayev | Neftçi |
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



