Azərbaycan millisi toplanışı başa vurdu, Apeldorna yollandı
Niderlandda keçiriləcək Avropa olimpiya təsnifat turnirinə hazırlığını davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını başa vurub.
Komanda.az xəbər verir ki, ötən il dekabrın 25-də Bakıda başlayan çalışmalar Polşada yekunlaşıb.
Komandamız burda yerli yığma ilə iki qarşılaşmada gücünü yoxlayıb. Hər iki görüşdə Polşa millisi qalib gəlib. Beləliklə, 11 günlük təlim-məşq toplanışına yekun vurulub.
Millimiz Polşadan öncə Türkiyədə hazırlıq keçib. Voleybolçularımız qonşu ölkədə “Fənərbaxça” və “Türk Hava Yolları” klubları ilə qüvvəsini sınayıb və hər 2 matç heç-heçə ilə bitib.
Komandamız bu gün Niderlanda yollanacaq.
Apeldornda baş tutacaq Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya turniri yanvarın 7-12-də olacaq.
Bizi Facebook-da izləyin