Azərbaycan millisi Tacikistanla matçda qələbəyə sevindi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Turnirində növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, yığma komanda Tacikistanla üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtı heç-heçə yekunlaşıb – 2:2. Penaltilər seriyasında daha dəqiq oynayan Azərbaycan millisi qələbəyə sevinib.

Azərbaycanın U-17 millisi ilk matçında Belarusa 0:4, daha sonra Özbəkistana 0:2 hesabı ilə uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button