Azərbaycan millisi son oyunda da uduzdu
Azərbaycanın 20 yaşadək oğlan basketbolçulardan ibarət yığması Avropa çempionatının B divizionunda son matçına çıxıb.
Komanda.az xəbər verir ki, B qrupunda yer alan ispaniyalı məşqçi Alberto Blankonun rəhbərlik etdiyi komanda Niderland yığması ilə qarşılaşıb. Rumıniyadakı “Pitesti Arena”da keçirilən görüş rəqibin 109:60 hesablı qələbəsi ilə bitib.
Azərbaycan millisi buna qədər keçirdiyi oyunlarda Portuqaliyaya 34:90, Böyük Britaniyaya 51:97, İrlandiyaya 58:61 hesabı ilə uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin