Azərbaycan millisi son oyunda da qələbə qazanıb

Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda qrupdakı son matçını keçirib.

Komanda.az xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi komanda Kipr yığması ilə üz-üzə gəlib. Qarşılaşma millimizin 68:45 hesablı qələbəsi ilə yekunlaşıb.

A qrupunda mübarizə aparan komanda əvvəlki görüşlərdə Ermənistan millisini 86:59, Gürcüstanı isə 97:40 hesabı ilə məğlub edərək yarımfinalda iştirak hüququ qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button